Zelenski və Makron Rusiyanın hücumunu müzakirə etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat yayıb.

Zelenskinin sözlərinə görə, söhbət zamanı Rusiya ordusunun gecə saatlarında həyata keçirdiyi intensiv hücumlar müzakirə olunub. Prezident bildirib ki, hücum nəticəsində Ukraynada 4 nəfər həlak olub, 44-dən çox insan yaralanıb. Hazırda xilasedicilər və fövqəladə xidmətlər ölkənin müxtəlif bölgələrində dağıntıların nəticələrini aradan qaldırır.

Ukrayna lideri qeyd edib ki, Fransa ilə birgə diplomatik səylərin koordinasiyası, atılacaq növbəti addımlar və tərəfdaşlarla əlaqələrin gücləndirilməsi məsələləri razılaşdırılıb. Bundan əlavə, Ukrayna və Fransa ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün yeni tədbirlər üzərində işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31