Rusiyada internetə görə kütləvi etirazlar başladı

Rusiyanın Novosibirsk, Omsk və Petropavlovsk-Kamçatka şəhərlərində internetin məhdudlaşdırılmasına görə etiraz aksiyaları keçirilib.

Axar.az xəbər verir ki, bu barədə "7x7" nəşri məlumat yayıb.

Məlumata görə, aksiyaçılar "Vatsap və Teleqram zənglərinin məhdudiyyətinə yox", "Maks proqramına qoşulmağa məcburiyyətə yox", "Bizim hesabımıza operatorların varlanmasına yox", "Azad internet", "Azad söz və məlumat" şüarları ilə çıxış ediblər.

Saxlanılanlar barədə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31