Lavrov: Rusiya, Çin və Hindistan ortaq maraqlar əsasında tərəfdaşlığı inkişaf etdirir

"Rusiya, Çin və Hindistan bir çox sahələrdə ortaq maraqlara sahib olduqlarını anlayır və bu ölkələrin tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istiqamətində tendensiya mövcuddur".

Teleqraf xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində deyib.

"Üç böyük sivilizasiyanı təmsil edən dövlət (Çin, Rusiya və Hindistan) müxtəlif sahələrdə ortaq maraqlarını dərk edir. Bu, bütün mövqelərin yüz faiz üst-üstə düşdüyü anlamına gəlmir, lakin tərəfdaşlığın inkişafı və qarşılıqlı fayda əsasında əməkdaşlıq meyli açıq şəkildə görünür", - Lavrov deyib.

Nazirin sözlərinə görə, ortaq maraqlar əsasən iqtisadiyyatın inkişafı, sosial məsələlərin həlli və əhalinin rifahının artırılması sahələrində özünü göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31