Bəşər Əsəddən sonra bu qədər suriyalı Türkiyəni tərk edib - Yerlikaya AÇIQLADI
16:48 DünyaTürkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 8 dekabr 2024-cü ildən sonra suriyalıların könüllü geridönüş prosesi sürətlənib.
Musavat.com-un xəbərinə görə, nazir qeyd edib:
"8 dekabr 2024-cü ildən bu günədək 474 min 18 suriyalı qardaşımız ölkələrinə geri qayıdıb. 2016-cı ildən bəri könüllü şəkildə vətənə dönənlərin ümumi sayı isə 1 milyon 213 min 620 nəfərə çatıb".
Yerlikaya əlavə edib ki, Türkiyə miqrasiya idarəçiliyini prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında tarixi təcrübəsinə, humanitar yanaşmasına və rasional baxışına əsaslanaraq həyata keçirir, bu sahədə dünyaya nümunə olacaq bir model ortaya qoyur:
"Suriyalı qardaşlarımızın könüllü geridönüş prosesləri böyük həssaslıqla davam etdirilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31