Putin qadınlara hücum edən qorxaqdır - Lipavski
16:39 DünyaPutin guya müharibəni bitirmək istəyir, amma əslində o, mümkün qədər çox ukraynalı öldürmək istəyir.
Axar.az xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Yan Lipavski deyib.
"Dünən gecə o, 800-dən çox pilotsuz təyyarə və raket ataraq bir ananı və onun iki aylıq körpəsini öldürüb. Qadınlara və uşaqlara hücum edən qorxaq. Bu gün Ukraynaya yardımı kəsməkdən danışmaq təcavüzkarın tərəfini tutmaq deməkdir", - Lipavski bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31