Ermənistan və Türkiyə nümayəndələrinin yeni görüşü təsdiqləndi
16:33 DünyaRəsmi İrəvan Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması məqsədilə keçiriləcək növbəti görüşü rəsmən təsdiqləyib.
Milli.Az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir ki, qarşıdan gələn günlərdə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan və Türkiyənin nümayəndəsi Serdar Kılıç arasında görüş planlaşdırılır.
Qeyd edək ki, daha əvvəl Türkiyə mətbuatı bu görüşün Marqara-Əlican sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə bağlı ilkin müzakirələrə həsr olunacağını yazmışdı. Görüş tərəflər arasında sərhədin açılması və diplomatik əlaqələrin bərpası istiqamətində növbəti addım kimi qiymətləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31