Peskovdan Putinlə bağlı MARAQLI AÇIQLAMA - Gündə bir neçə saat...

Rusiya prezidenti Vladimir Putin gərgin iş qrafikinə baxmayaraq, gündəlik idmanla məşğul olmağa çalışır.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a müsahibəsində onun mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov bildirib ki, dövlət başçısı Rusiyada olduğu zaman idmana mütəmadi diqqət yetirir.

Gərgin səfərlər zamanı məşq imkanları məhdudlaşsa da, Putin diqqətini yüksək səviyyədə saxlayır və gündə yalnız bir neçə saat yatır, bəzən isə bu müddət dörd saatdan da az olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31