Pakistandan Hindistana XƏBƏRDARLIQ: hesab 60-0 olacaq

Hindistanla növbəti müharibədə hesab 60-0 olacaq.

Bu barədə Pakistan ordusunun aviasiya vitse-marşalı Şəhriyar Xan Karaçidə keçirilən təntənəli mərasimdə bildirib.

"Əmin ola bilərsiniz ki, Pakistan hava məkanının müdafiəsi Pakistan Hərbi Hava Qüvvələrinin güclü əllərindədir. Texnoloji yeniliklər sayəsində Hərbi Hava Qüvvələri dünya miqyasında tanınıb. Növbəti dəfə hesab 6-0 yox, Allahın köməyi ilə 60-0 olacaq", - vitse-marşal vurğulayıb.

Qeyd edək ki, bu gün Pakistanın Müdafiə və Şəhidlər Günü kimi qeyd olunur. /APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31