Rusiya bu xəbərlə ÇALXALANIR - Aİ-95 yoxa çıxır...
13:38 DünyaRusiyanın paytaxtı Moskvada Aİ-95 markalı benzinin qıtlığı müşahidə olunur. Sakinlər bu səbəblə Аİ-92 markalı benzin almağa məcbur olurlar.
Olaylar.az xəbər verir ki, məlumata görə, avqustun ortalarından etibarən paytaxtla yanaşı, bir sıra regionlarda Aİ-95 markalı yanacağın tədarükündə problemlər yaranıb.
Məlumata əsasən, hazırda Aİ-95 demək olar ki, Krım və Zabaykalye bölgəsindəki yanacaqdoldurma məntəqələrindən tamamilə itib.
Avqustun 20-də isə Primorye sakinləri əsrin əvvəllərindən bəri ilk dəfə bu qədər ciddi benzin çatışmazlığı ilə üzləşdiklərini bildiriblər. Region hökuməti yaranmış vəziyyəti turist axını ilə əlaqələndirib. Bildirilib ki, dənizkənar istirahətə üz tutan turistlərin çoxluğu yanacağa tələbatı kəskin artırıb.
Rəsmilər iddia edirlər ki, bütün yanacaq bazalarında 4-7 günlük ehtiyat mövcuddur.
Məlumata görə, yanacaqdoldurma məntəqələrində ehtiyat gözləniləndən tez tükəndiyi üçün çatdırılma prosesi çətinləşib. Artan yol hərəkəti sıxlığı və yollardan birində aparılan təmir işləri səbəbindən yanacağın daşınma müddəti 3-6 saata qədər uzanıb.