Amerikalı jurnalistdən NATO rəhbərinə xəbərdarlıq: “Putini məsxərəyə qoymayın, ayı ilə zarafat olmaz”
13:04 DünyaNATO-nun baş katibi Mark Rütte Rusiya prezidenti Vladimir Putinlə bağlı sərt ifadələr işlətdikdən sonra ABŞ-dan kəskin reaksiya gəlib.
Olaylar.az xəbər verir ki, amerikalı jurnalist Aleks Xristoforu Rüttenin açıqlamalarını məsuliyyətsiz adlandırıb və ona açıq mesaj göndərib: "Putini məsxərəyə qoymayın. Ayı ilə zarafat olmaz".
Rütte son çıxışında Putini və Texası hədəfə alaraq, "O (Putin) Texasın qubernatorudur, daha çox deyil. Ona görə də onu ciddi qəbul etməyin", - demişdi.
Xristoforu isə NATO rəhbərinin bu sözlərini kəskin tənqid edib:
"Rütte nə Texası tanıyır, nə də Rusiyanı anlayır. Ona görə də həm 'Texasla üz-üzə gəlməyin', həm də 'ayı ilə zarafat etməyin' demək lazımdır", - deyə jurnalist bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31