Cənubi Afrika Prezidenti BRİKS-in fövqəladə sammitində iştirak edəcək - ÖZƏL
12:54 DünyaCənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BRİKS-in fövqəladə sammitində iştirak edəcək. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a ölkə prezidentinin rəsmi nümayəndəsi Vinsent Maqvenya məlumat verib. Onun sözlərinə görə, Ramafosa sentyabrın 8-də keçiriləcək və videokonfrans formatında baş tutacaq sammitin işində iştirak edəcək. Sammitin təşəbbüskarı Braziliyadır. Məlumata əsasən, fövqəladə görüşün hazırlığı artıq bir aydan çoxdur ki, davam edir. Bu müddət ərzində BRİKS ölkələrinin bir sıra liderləri arasında telefon danışıqları aparılıb. Söhbətlər zamanı dünya iqtisadiyyatındakı vəziyyət və ABŞ-ın tarif siyasətinin mümkün nəticələri müzakirə olunub. Xatırladaq ki, BRİKS-in sonuncu sammiti iyulun 6-7-də Rio-de-Janeyroda Braziliyanın sədrliyi ilə keçirilmişdi.