Ukrayna müharibəsi 2025-ci ildə başa çata bilər – Açıqlama

Ukrayna müharibəsinin sonu ilə bağlı yeni proqnoz səslənib. 

Olaylar.az xəbər verir ki, Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin (GUR) nümayəndəsi Yusov bildirib ki, münaqişə 2025-ci ilin sonuna qədər başa çata bilər.

Onun sözlərinə görə, bunun üçün bir çox amillərin üst-üstə düşməsi vacibdir:
"Müharibə ilin sonuna qədər başa çata bilər, lakin bunun üçün bir çox faktorlar uyğun gəlməlidir. Bu, tərəfdaşların Rusiyaya təzyiqi artırıb artırmamasından və Ukraynaya dəstək verib-verməməsindən asılıdır", - deyə Yusov vurğulayıb.

Rəsmi proqnozlar münaqişənin gedişatına beynəlxalq dəstəyin və strateji qərarların birbaşa təsir edəcəyini göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31