Rusiya səfirliyi: Britaniyanın qeyri-dost addımları cavabsız qalmayacaq - ÖZƏL
5 Sentyabr 18:35 DünyaRusiya səfirliyi Böyük Britaniya hökumətinin Moskvaya məxsus dondurulmuş aktivlərdən əldə edilən gəlirləri Ukraynaya ötürməsini "qeyri-dost addım" adlandırıb.
Qurumun bəyanatında vurğulanır ki, bu cür addımlar cavabsız qalmayacaq.
"Britaniya hökuməti anlamalıdır: Rusiyaya və onun qanuni maraqlarına qarşı atılan hər hansı qeyri-dost addımlar cavabsız qalmayacaq", - deyə diplomatik nümayəndəliyin açıqlamasında bildirilib.
Olaylar xəbər verir ki,səfirlik həmçinin Londonun bu addımlarını "oğurluq" kimi qiymətləndirib.
Xatırladaq ki, bundan əvvəl Britaniyanın müdafiə naziri Con Hili dondurulmuş Rusiya aktivlərindən əldə edilən 1,3 milyard dollardan artıq vəsaitin Ukraynaya hərbi yardım üçün ayrıldığını açıqlayıb. Onun sözlərinə görə, son 50 gün ərzində Ukraynaya 60 min mərmi və raket, eləcə də 2,5 min pilotsuz uçuş aparatı göndərilib.
İbrahim Məmmədli