Lukaşenkoya açıq təhdid: “Cavabımız olacaq, hazırlaşırıq!”
5 Sentyabr 17:04 DünyaPolşanın Baş naziri Donald Tusk "Zapad-2025" Belarus-Rusiya birgə hərbi təlimləri ilə əlaqədar Minskə xəbərdarlıq edib.
Olaylar.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
"Belarus tərəfinin təxribatları təkrarlanarsa, xüsusi tədbirlər tətbiq edəcəyik", - o bildirib.
D.Tusk söhbətin hansı təxribatlardan getdiyini açıqlamayıb.
Bununla belə, Polşanın baş naziri qeyd edib ki, o, "Qərb-2025" təlimlərini Polşaya hücum üçün hazırlıq hesab edir.
Tusk əlavə edib ki, ölkə müttəfiqləri ilə birlikdə Belarus və Rusiyanın aqressiv manevrlərinə cavab verməyə hazırlaşır:
"Bu manevrlər Polşa sərhədləri yaxınlığında baş tutacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31