Yaponiyada tayfundan azı 24 nəfər yaralanıb
5 Sentyabr 16:56 DünyaYaponiyanın Sidzuoka prefekturasında tayfun nəticəsində azı 24 nəfər xəsarət alıb, 40 ev və tikili qismən və ya tamamilə dağılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziya kanalı məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlar prefekturanın dörd şəhər və qəsəbəsində qeydə alınıb. Güclü küləklər səbəbindən bir neçə avtomobil aşıb. Elektrik xətləri zədələnib, təxminən 15 min ev işıqsız qalıb.
Tayfun və onun törətdiyi leysan yağışları bölgədə avtomobil və dəmiryolu nəqliyyatında da fasilələrə səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31