İsrail ordusu həmin binaya zərbə endirdi
5 Sentyabr 16:38 Dünyaİsrail ordusu Qəzzada HAMAS tərəfindən istifadə edilən hündürmərtəbəli binaya zərbə endirib.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, HAMAS bu binanın altında olan infrastrukturdan İsrail ordusuna qarşı hücumların icrası üçün istifadə edib.
Qeyd edilib ki, binanın altındakı məkanlar israilli hərbçilərə qarşı pusqu və HAMAS döyüşçüləri üçün qaçış marşrutuna çevrilib.
İsrail ordusu binaya zərbə endirməzdən əvvəl mülki şəxslərə dəyə biləcək ziyanın azaldılması üçün qabaqlayıcı tədbirlər gördüyünü bəyan edib.
Bəyanatda HAMAS mülki şəxslərdən canlı qalxan kimi istifadə etməkdə günahlandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31