ABŞ və Ukrayna 100 milyard dollarlıq silah sazişini müzakirə edir - ÖZƏL
5 Sentyabr 16:12 DünyaOlaylar.az xəbər verir ki, NBC News-un məlumatına görə, ABŞ və Ukrayna arasında 100 milyard dollarlıq silah müqaviləsi ilə bağlı danışıqlar aparılır. Mənbələrin bildirdiyinə görə, saziş çərçivəsində Vaşinqton yalnız silah tədarükü deyil, həm də Ukraynaya məxsus qabaqcıl intellektual mülkiyyət hüquqlarına çıxış əldə edə bilər. Razılaşmanın hansı sahələri əhatə edəcəyi açıqlanmayıb, həmçinin danışıqların gedişi ilə bağlı əlavə təfərrüatlar verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31