Merz etiraf etdi: “Avropa dünyada istədiyi rolu oynaya bilmir” - ÖZƏL
5 Sentyabr 14:18 DünyaAlmaniya kansleri Fridrix Merz bildirib ki, Avropa hazırda dünyada istədiyi rolunu oynaya biləcək vəziyyətdə deyil. Olaylar.az xəbər verir ki, Merz vurğulayıb ki, Avropa bu gün yenidən birləşməyə çalışır və bu prosesdə ən böyük ölkə olan Almaniyanın mühüm rolu var. Lakin o qeyd edib ki, Avropanın müstəqil fəaliyyət imkanları məhduddur. Bunu Ukrayna böhranında Avropa ölkələrinin sonda özlərinə sərfəli nəticə əldə etmək üçün kifayət qədər təsir vasitəsinə malik olmaması nümayiş etdirir. "Biz ABŞ-nin köməyinə bağlıyıq, görürük ki, Çin, Braziliya və digər ölkələr Rusiyayla münasibətlərdə özlərini sərbəst hiss edirlər, Şanxay Formatı kimi yeni tərəfdaşlıq yaranır. Mən etiraf etməliyəm ki, biz Avropalılar olaraq hazırda oynamaq istədiyimiz, oynamalı olduğumuz rolu oynaya bilmirik ki, maraqlarımızı qoruyaq", - deyə Merz YouTube kanalında partiyası, Xristian-Demokrat İttifaqının lideri olaraq verdiyi müsahibədə bildirib. Kansler həmçinin qeyd edib ki, xarici siyasətlə məşğul olması tənqidlərə səbəb olur, lakin o Almaniyanın sülh, azadlıq və rifah içində yaşaması üçün həm daxili, həm Avropa, həm də xarici siyasətdə fəal olmalı olduğunu vurğulayıb.