Putin və Trampın ikinci görüşü yaxın vaxtlarda mümkün ola bilər - ÖZƏL
13:42 DünyaRusiya Prezidenti Vladimir Putinin və ABŞ Prezidenti Donald Trampın ikinci görüşü yaxın vaxtlarda baş tuta bilər. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov aif.ru-ya verdiyi müsahibədə bildirib. Peskov qeyd edib ki, "Əlbəttə, mümkündür. Heç bir şübhəm yoxdur ki, prezidentlər bunu zəruri hesab etsələr, görüş çox sürətlə təşkil edilə bilər. Hətta Alyaskada baş tutan görüş kimi. İşgüzar əlaqələr daim davam edir". O, həmçinin iki lider arasında mütəmadi işgüzar əlaqələrin mövcud olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31