SON DƏQİQƏ! Putindən ŞOK HƏDƏ - Onlar da məhv ediləcək

Rusiya prezidenti Vladimir Putin Qərb qoşunlarının Ukraynaya yerləşdirilməsinin Moskva ordusu üçün "qanuni hədəf" olacağı barədə xəbərdarlıq edib.

Olaylar.az xəbər verir ki, bu barədə Putin Vladivostokda keçirilən iqtisadi forumda çıxış edib.

"Xüsusən də indi, münaqişə zamanı biz belə bir ehtimalla hərəkət edirik ki, bəzi qoşunlar ora gəlsə, onlar qanuni hədəf olacaqlar" - o deyib.

Rusiya lideri, həmçinin qeyd edib ki, Qərb qüvvələrinin yerləşdirilməsi uzunmüddətli sülhə töhfə verməyəcək.

Putin Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşı olmadıqlarını, bunu qanuni variant hesab etdiklərini vurğulayıb. O, Rusiyanın təhlükəsizliyi baxımından NATO üzvlüyünə qarşı olduqlarını vurğulayıb.

Putin Ukrayna tərəfi ilə görüşməyə hazır olduğunu təkrar edib:

"Moskva danışıqlar üçün ən yaxşı yerdir. Biz onların təhlükəsizliyinə 100 faiz zəmanət veririk. Əgər bizi başqa yerdə görüşə dəvət etsələr, bu tələbləri həddindən artıq hesab edirik".

Ukraynanın son vaxtlara qədər Rusiya ilə əlaqəni rədd etdiyini qeyd edən Putin hazırda əlaqə üçün müraciətlər edildiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31