Ermənistan MN: 2026-cı ildə hərbi xərclərdə dəyişiklik gözlənilmir – ÖZƏL
5 Sentyabr 13:10 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan müdafiə nazirinin müavini Qraçya Sarkisyan bildirib ki, 2026-cı ildə Müdafiə Nazirliyinə ayrılacaq vəsaitin azaldılıb-azaldılmayacağı barədə məlumatı yoxdur. Onun sözlərinə görə, gələn il də nazirlik əvvəlki illərdə olduğu kimi planlaşdırılmış proqramları icra edəcək və xərclər eyni məntiqlə davam etdiriləcək.
"Büdcə dekabrda Milli Məclisdə təsdiqlənəcək, o zaman hər şey dəqiqləşəcək. Amma sizi əmin edirəm ki, Müdafiə Nazirliyi 2026-cı ildə də 2024 və 2025-ci illərdə olduğu kimi fəaliyyət göstərəcək", - deyə Sarkisyan jurnalistlərə açıqlama verib.
Azərbaycanın intensiv silahlanması ilə bağlı suala cavabında isə o bildirib ki, son 30 ildə Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsini bir neçə dəfə üstələyib:
"Əgər sualınız ondan ibarətdirsə ki, biz bütün dövlət büdcəmizi artıraraq Azərbaycanın hərbi büdcəsinə çataq - bu, mümkün deyil", - deyə nazir müavini vurğulayıb.