CNN: Tramp Rusiyaya qarşı tədbirlərin danışıqları poza biləcəyindən ehtiyat edir - ÖZƏL
5 Sentyabr 12:32 DünyaABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt addımların atılmasının Ukrayna ilə bağlı danışıqları poza biləcəyindən narahatdır. Olaylar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Tramp hesab edir ki, sərt tədbirlər "danışıqları zəiflədə bilər". Onun bu narahatlığı Rusiyaya qarşı siyasətin sərtləşdirilməsi üçün artan təzyiqlərin fonunda özünü göstərir. CNN qeyd edir ki, Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında Alyaskada keçirilən sammitdən təxminən üç həftə keçməsinə baxmayaraq, sülh prosesində irəliləyiş yoxdur və bu, ABŞ prezidentini getdikcə daha çox məyus edir. Tramp həmçinin Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşünün təşkilində şəxsi rolunu müzakirə edir. Telekanal xatırladır ki, Tramp əvvəllər Putini "ciddi nəticələrlə" hədələmişdi. Lakin məxfi müzakirələrdə ABŞ lideri belə sərt bəyanatların danışıqları poza biləcəyindən ehtiyatlanır. CNN-in məlumatına əsasən, hazırda ABŞ tərəfdaşlarına aydın şəkildə bildirib ki, Rusiya ilə sülh sazişi imzalanacağı halda Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində yalnız məhdud rol oynamağa hazırdır.