ABŞ kəşfiyyatı: Hizbullah səssiz şəkildə gücünü bərpa edir
5 Sentyabr 10:09 DünyaABŞ kəşfiyyatının son hesabatına görə, Hizbullah Yaxın Şərqdəki son itkilərindən sonra səssiz və heç bir açıq reaksiya vermədən bərpa prosesinə başlayıb.
Olaylar.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, təşkilat raket imkanlarının artıq 40 faizini, şəxsi heyətin isə 30 faizini bərpa edib.
Bundan əlavə, təlim keçmiş qrupların 45 faizi yenidən formalaşdırılıb.
Hesabata əsasən, Hizbullah həmçinin döyüş taktikalarını dəyişərək müdafiə tədbirlərini gücləndirir.
Ekspertlərin fikrincə, bu proses təşkilatın bölgədə yenidən güclənmək və itirilmiş mövqelərini bərpa etmək niyyətindən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31