Putin: “Rusiya heç kimdən üz çevirməyib”

Rusiya prezidenti Vladimir Putin beynəlxalq iqtisadi əməkdaşlıq mövzusunda çıxışı zamanı ölkəsinin siyasəti ilə bağlı açıqlama verib.

Olaylar.az-ın xəbərinə görə, Putin bildirib ki, Moskva heç kimdən üz çevirməyib və əməkdaşlığa açıqdır:

"Rusiya heç kimdən üz çevirməyib. Bizim siyasətimiz açıqdır və biz tərəfdaşlarla işləməyə davam edirik".

V.Putin həmçinin əlavə edib ki, Moskva heç bir ölkənin inkişafına mane olmaq niyyətində deyil:

"Biz heç kimə təkər altına çubuq soxmaq istəmirik. Əksinə, əməkdaşlığı gücləndirməyə çalışırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31