Avropa Rusiyadan neft almağı dayandırmalıdır - Tramp
4 Sentyabr 21:21 DünyaABŞ Prezidenti Donald Tramp Parisdə "Könüllülər koalisiyası"nın iclasının iştirakçıları ilə telefon danışığı zamanı bildirib ki, ölkələr Rusiyadan neft almağı dayandırmalıdır.
Olaylar xəbər verir ki, bu barədə "Reuters" Ağ Evin sözçüsünə istinadən məlumat yayıb.
"Fransa Prezidenti Emmanuel Makron və Avropa liderləri görüş zamanı Prezident Trampa zəng ediblər. Tramp söhbət zamanı Avropanın Rusiya neftini almağı dayandırmalı olduğunu vurğulayıb" - məlumatda qeyd olunur.
ABŞ Prezidenti vurğulayıb ki, Avropa liderləri Rusiya ilə ticarət əlaqələrini saxlamaq üçün Çinə iqtisadi təzyiq göstərməlidirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31