Qonşu ölkədə təyyarə qəzası - ÖLƏN VAR

Rusiyanın Ryazan vilayətində kiçik ölçülü təyyarə qəzaya uğrayıb.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, hadisə yerli vaxtla günortadan sonra baş verib və nəticədə təyyarənin pilotu həlak olub.

İlkin məlumatlara görə, qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib və müvafiq qurumlar araşdırmalara başlayıblar.

Məsələyə dair təyyarənin texniki vəziyyəti, hava şəraiti və digər mümkün amillər araşdırılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31