“Google” külli miqdarda cərimələndi
11:55 DünyaFransanın İnformatika və Azadlıqlar üzrə Milli Komissiyası (CNIL) "Google" şirkətinə 325 milyon avro məbləğində cərimə kəsib.
Olaylar.az xarici mətbuata istinadən xəbər verir ki, texnologiya nəhəngi reklam və kukilərlə bağlı qanunvericiliyin tələblərini pozmaqda günahlandırılıb.
Bu, CNIL tərəfindən tətbiq olunan ən böyük maliyyə sanksiyasıdır.
Qeyd edək ki, qurum 2022-ci ildə də "Google"a 150 milyon avro cərimə tətbiq etmişdi.
Şirkət Fransada artıq üçüncü dəfə cərimələnir. Belə ki, 2020-ci ildə 100 milyon, bir il sonra isə 150 milyon avro məbləğində sanksiya ilə üzləşmişdi. Hər üç halda səbəb oxşar qanun pozuntuları olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31