Putin Ukraynada yeni hücuma hazırlaşır – Avropa liderləri həyəcan siqnalı verir
4 Sentyabr 10:47 DünyaRusiya Prezidenti Vladimir Putinin Ukraynada yeni hərbi hücuma hazırlaşdığı iddia olunur.
Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Avropa diplomatik mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin yazdığına görə, Almaniya və Fransa rəsmiləri ötən həftə Rusiya qoşunlarının cəmləşdiyi Pokrovsk istiqamətini müzakirə ediblər. Qeyd olunur ki, Rusiya ordusu artıq bir ildən çoxdur Pokrovsku mühasirəyə almağa çalışır, lakin hələlik uğur qazana bilməyib. Əgər şəhər ələ keçirilərsə, rus ordusunun daha böyük şəhərlər - Kramatorsk və Slavyanska doğru irəliləməsi üçün yol açılacaq.
"Bloomberg" bildirir ki, Moskvanın yay hücumu gözlənildiyi kimi nəticə verməyib. Rusiya qüvvələri yalnız Ukrayna ərazisinin 0,3 faizini nəzarətə götürə bilib və irəliləyiş çox ləng gedir. Bununla belə, yüksək vəzifəli bir Avropa diplomatı agentliyə deyib ki, diplomatik danışıqların tempi zəifləyib, tərəflər çıxılmaz vəziyyətə düşüb və bu arada Rusiya yeni hücuma hazırlaşır.