ABŞ-də 6 maqnitudada zəlzələ olub
4 Sentyabr 08:25 DünyaABŞ-nin Alyaska ştatına aid olan Aleut adaları yaxınlığında 6 maqnitudada zəlzələ qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 298 minə yaxın insanın yaşadığı Ankoric şəhərindən 1 537 km cənub-qərbdə, zəlzələ ocağı 54 km dərinlikdə yerləşib.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31