BMT: Pakistandakı daşqınlar 2,4 milyon insana təsir edib - ÖZƏL
3 Sentyabr 22:30 DünyaPakistandakı daşqınlar 2,4 milyon insana təsir edib, 1 milyondan çox sakin evlərini tərk etməyə məcbur olub.
Olaylar xəbər verir ki, bu barədə BMT-nin Humanitar İşlər Koordinasiya İdarəsi (OCHA) məlumat yayıb.
Bundan əlavə, 3 sentyabr 2025-ci il tarixinə olan məlumatlara görə, daşqın nəticəsində 881 nəfər həlak olub, 1 176 nəfər isə yaralanıb.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin, Həyber-Paxtunxva əyalətində baş verən daşqınların fəsadları ilə əlaqədar olaraq Pakistan prezidenti Əsif Əli Zərdari və baş nazir Şahbaz Şərifə başsağlığı verib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31