Tramp: Ukraynadakı ləng sülh prosesinə qarşı ehtiyat tədbirlərimiz var - ÖZƏL
3 Sentyabr 22:19 DünyaABŞ prezidenti Donald Tramp bildirib ki, Ukraynadakı konfliktin nizamlanmasının ləngiməsi halında ehtiyat tədbirləri nəzərdə tutulub.
"İkinci və üçüncü mərhələləri hələ həyata keçirməmişəm, amma siz deyirsiniz ki, heç bir addım atılmayıb, məncə, yeni iş axtarmalısınız", - Tramp Ağ Evdə vurğulayıb.
Olaylar xəbər verir ki, Tramp həmçinin Rusiya üzərində təsir tədbirləri tətbiq etmədiyi barədə iddiaları təkzib edib.
Rusiya prezidenti Vladimir Putin isə Moskvanın Tramp administrasiyasının Ukraynadakı konfliktin nizamlanması istiqamətində səmimi niyyətini gördüyünü bildirib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31