Tramp: ABŞ Polşadan qoşunlarını çıxarmaq fikrində deyil - ÖZƏL

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun Polşada hərbi qüvvələrin yerləşdirilməsindən imtina etmək planı yoxdur.

Olaylar xəbər verir ki, "Biz heç vaxt əsgərləri Polşadan çıxarmağı düşünməmişik", - deyə Tramp Ağ Evdə vurğulayıb.

O əlavə edib ki, ABŞ bu məsələni digər ölkələr kontekstində nəzərdən keçirir, lakin Polşa ilə bağlı belə bir fikir yoxdur. Trampın sözlərinə görə, Vaşinqton Varşavanı dəstəkləyir və "ona özünü müdafiə etməkdə kömək edəcək".

Bundan əvvəl Polşanın sabiq prezidenti Andjey Duda açıqlamışdı ki, Vladimir Zelenski ölkəsini Rusiya ilə müharibəyə cəlb etməyə çalışıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31