Türkiyədə fabrikdə güclü yanğın

Kayseri Organize Sənaye Bölgəsində (OSB) yerləşən keçə fabrikində güclü yanğın olub.

Musavat.com xəbər verir ki, hadisə OSB-nin 10-cu küçəsində qeydə alınıb. İlkin məlumata görə, yanğının səbəbi hələlik müəyyən edilməyib. Qısa müddətdə böyüyən alovun söndürülməsi üçün əraziyə çoxsaylı yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub.

Polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüblər. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31