Pentaqon: Venesuelada mümkün "rejim dəyişikliyi" ilə bağlı qərarı Tramp verəcək - ÖZƏL
3 Sentyabr 21:36 DünyaABŞ-ın müdafiə naziri Pit Hegset "Fox News" telekanalına müsahibəsində bildirib ki, Venesuelada mümkün "rejim dəyişikliyi" ilə bağlı qərarı Ağ Ev rəhbəri Donald Tramp verəcək.
Olaylar xəbər verir ki, o belə deyib: "Bu qərar prezident səviyyəsindədir və biz ABŞ Silahlı Qüvvələrinin bütün resurslarından istifadə etməyə hazırıq."
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva suveren dövlətlərə güc tətbiq edilməsi ilə bağlı təhdidləri qətiyyən qəbul etmir və Venesuela xalqı ilə həmrəydir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31