ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpini dostu adlandırıb - ÖZƏL

Ağ Evdə çıxışı zamanı Tramp deyib: "Dünən axşam Si Cinpinin çıxışına baxdım. Sədr Si - mənim dostumdur."

Olaylar xəbər verir ki, Tramp həmçinin vurğulayıb ki, Çin lideri çıxışında ABŞ-ı da qeyd etməli idi, çünki Birləşmiş Ştatlar Çinə kömək göstərib.

Bundan öncə Tramp Çin Xalq Respublikasını Qələbənin 80 illiyi münasibətilə təbrik etmiş, həmçinin amerikalı əsgərlərin də bu tarixi qələbədə mühüm rol oynadığını xatırlatmışdı.

ABŞ lideri əlavə edib ki, Si Cinpindən Rusiya Prezidenti Vladimir Putinə və KXDR rəhbəri Kim Çen Ina salam çatdırmağı xahiş edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31