Zelenski: Ukrayna Moskvanın ultimatumuna boyun əyməyəcək
3 Sentyabr 2025 18:06 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Moskvanın Donetsk vilayətindən qoşunlarını çıxarması müqabilində müharibəni dayandırmaq tələbinə qarşı çıxıb.
Musavat.com xəbər verir ki, Zelenski Danimarkada keçirilən brifinqdə bildirib ki, Putinin müharibəni davam etdirməyəcəyinə kim zəmanət verəcək? Heç kim.
"Biz ərazilərimizi verə bilmərik. Bu, müdafiəmizin çox güclü xəttidir. Putin artıq orada çoxlu hərbçi itirib. Əgər o, irəliləmək istəsə, milyonlarla əsgər qoymalı olacaq və illər lazım olacaq. Ona belə hədiyyələr verməyəcəyik". , - deyə Ukrayna lideri qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31