Lavrov: ABŞ təzyiq göstərsə də, Hindistan azad ticarətə sadiq qalır – ÖZƏL
3 Sentyabr 16:49 DünyaABŞ prezidenti Donald Tramp bir sıra ölkələrin məhsullarına əlavə idxal rüsumları tətbiq edib.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib. Onun sözlərinə görə, həmin ölkələr arasında Rusiyanın strateji tərəfdaşı və enerji resurslarının iri alıcısı olan Hindistan da var.
Lavrov qeyd edib ki, Nyu-Dehli ABŞ-nin təzyiqlərinə boyun əyməyib və azad ticarət prinsiplərinə sadiq qalıb: "Uzun illər, hətta onilliklər boyu ABŞ özü bu prinsipləri təbliğ edirdi, indi isə onlara zidd addımlar atır. Biz heç vaxt kimləsə başqa birinə qarşı dostluq etmirik. Hazırda da bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyik. Bu prinsiplərə əsasən bizimlə işləməyə hazır olan ölkələrin əksəriyyəti isə Qlobal Cənub və Şərqdədir", - deyə o vurğulayıb.