Cənubi Koreya parlament sədri ilə Kim Çen In qısa dialoq qurdu - ÖZƏL

Cənubi Koreya Milli Məclisinin sədri U Von Sik və Şimali Koreya lideri Kim Çen In arasında qısa görüş baş tutub. Olaylar.az xəbər verir ki,  "Yonhap" agentliyinin məlumatına görə, tərəflər cəmi iki ifadə ilə kifayətləniblər.
Məlumata əsasən, U Von Sik Kim Çen In ə əl verərək salamlayıb. Daha sonra o, "Son görüşümüzdən yeddi il keçir" deyib. Şimali Koreya lideri isə sadəcə "Bəli" cavabını verib və əlavə fikir bildirməyib. Agentlik qeyd edir ki, görüşün baş tutduğu şərait uzun söhbət üçün imkan yaratmayıb. 
Xatırladaq ki, U Von Sik 2018-ci ildə də Kim Çen In ilə görüşmüşdü. Həmin görüş zamanı spiker ailəsinin Şimali Koreyada yaşayan üzvlərindən danışmış, Kim Çen In isə "ağrını yüngülləşdirmək üçün səy göstərəcəyini" söyləmişdi. Koreya müharibəsi nəticəsində Koreya yarımadasında "ayrılmış ailələr" problemi hələ də aktual olaraq qalır.Qeyd edək ki, Cənubi Koreya Milli Məclisinin sədri dövlət iyerarxiyasında ikinci şəxs hesab olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31