Tramp: İsrailin Konqresdəki dəstəyi zəifləyib, müharibə imicinə zərər vurur – ÖZƏL
3 Sentyabr 14:35 DünyaABŞ prezidenti Donald Tramp İsrailə dəstəyin həm Konqresdə, həm də dünya miqyasında əvvəlki illərlə müqayisədə azaldığını bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
Trampın sözlərinə görə, İsrail əvvəllər Konqresdə ən güclü lobbiyə malik idi, lakin indi vəziyyət dəyişib. O, öz prezidentliyi dövründə İsrailin yaxın müttəfiqi kimi çıxış etsə də, ölkənin HƏMAS-la Qəzza zolağında apardığı müharibənin beynəlxalq imicinə ciddi ziyan vurduğunu qeyd edib.
"Onlar bu müharibəyə son qoymalıdır, çünki o, İsrailə zərər verir. Bu, şübhəsizdir. Elə bir dövr vardı ki, siyasətə gəlmək istəyən heç kim İsrail haqqında mənfi fikir söyləyə bilməzdi. Amma indi vəziyyət tamam fərqlidir", - deyə Tramp vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31