Rusiyada yenə güclü zəlzələ oldu
3 Sentyabr 14:14 DünyaRusiyanın şərq hissəsində yerləşən Kamçatka bölgəsində güclü zəlzələ baş verib.
Olaylar.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, yeraltı təkanların maqnitudası 6 bal gücündə olub.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən təxminən 233 kilometr aralıda yerləşib. Bildirilir ki, təkanlar yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31