Ukraynada müqaviləli xidmət üçün yaş həddi genişlənə bilər - ÖZƏL

Ukraynanın Prezident Aparatının rəhbər müavini Pavel Palisa bildirib ki, hazırda 18-24 yaş arası gənclər üçün nəzərdə tutulmuş Ukrayna Silahlı Qüvvələrində  müqaviləli xidmət digər yaş qruplarına da tətbiq edilə bilər. Olaylar.az xəbər verir ki, Palisanın sözlərinə görə, bu imkan artıq bir sıra mobilizasiya olunmuş şəxslərə də şamil edilə bilər:
"Müvafiq ekspertizalar tamamlandıqdan sonra chr("39")18-24chr("39") müqaviləsi əsasında digər yaş kateqoriyaları üçün müqavilə təklif olunacaq. Həmçinin, bəlkə də artıq mobilizasiya olunmuş vətəndaşlar üçün də," - deyə o, "Obşeçestvennoye. Novosti" nəşrinə müsahibəsində bildirib. Rəhbər müavin qeyd edib ki, müqavilə imzalamaq vətəndaşlara "xidmət müddətini anlamaq" imkanı və bəzi güzəştlər qazandıracaq. Ukrayna hakimiyyəti ÜSQ-də itkiləri kompensasiya etmək üçün müxtəlif yollar axtarır. Son vaxtlar mobilizasiya yaşının 18-ə endirilməsi mövzusu da gündəmə gəlib. 8 fevral tarixində Prezident Volodimir Zelenski mobilizasiya yaşından kiçik kişilər üçün xüsusi müqavilələr elan etmişdi. 11 fevralda isə Müdafiə Nazirliyi 18-24 yaş arası kişilərin müqaviləli xidmətə qəbuluna start verib. Onlara yüksək maaş, təhsil sahəsində üstünlüklər və digər güzəştlər vəd olunur, lakin müqavilənin şərti olaraq piyada briqadalarında, ön cəbhədə xidmət etmələri tələb olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31