İsrail BMT sülhməramlılarını dronlardan atılan qumbara ilə hədəfə aldı
3 Sentyabr 13:49 DünyaYaxın Şərqdə gərginlik daha da artır.
Olaylar.az xəbər verir ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələri İsrail ordusunu sülhməramlılara qarşı qumbara işlətməkdə ittiham edib.
Məlumata görə, İsrail Müdafiə Qüvvələri sərhəd zonasında yol baryerlərini aşaraq öz mövqelərinə çatmağa çalışan sülhməramlıların olduğu ərazidə bir neçə qumbaranı PUA vasitəsilə atıb.
Bildirilib ki, qumbaralardan biri sülhməramlıların cəmi 20 metrliyinə, daha üçü isə təxminən 100 metr aralıya düşüb. Hadisə böyük narahatlıq doğurub və bölgədə vəziyyətin kəskinləşəcəyi ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31