Ermənistan Daxili İşlər Naziri və ABŞ səfiri əməkdaşlığı müzakirə etdi - ÖZƏL
3 Sentyabr 2025 13:05 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın Daxili İşlər Naziri Arpin Sarkisyan ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn ilə görüşüb. Nazir Sarkisyan görüş zamanı səfiri salamlayaraq, ABŞ-nin polis islahatlarına verdiyi daimi dəstəyə görə təşəkkür edib və vurğulayıb ki, bu əməkdaşlıq gözəçarpan nəticələr verib. Səfir Kuinn isə qarşılanma üçün təşəkkürünü bildirib, ABŞ və Ermənistan arasında qurulan strateji əlaqələri yüksək qiymətləndirdiyini qeyd edib. O, həmçinin Daxili İşlər Nazirliyi ilə ABŞ səfirliyi arasında məhsuldar əməkdaşlığın davam etdiyini vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31