Pekində tarixi an: Cənubi Koreya rəsmisi və Kim Çen In əl sıxdı
3 Sentyabr 2025 12:43 DünyaÇində keçirilən hərbi paradda gözlənilməz hadisə yaşanıb.
Olaylar.az xəbər verir ki, Cənubi Koreya Milli Assambleyasının spikeri Vu Von-şik ilə Şimali Koreya lideri Kim Çen In birbaşa təmas quraraq əl sıxıblar.
Agentlik Yonhap Newsun məlumatına görə, bu hadisə bu səhər Pekində baş tutan hərbi parad zamanı gerçəkləşib. Son illərdə iki Koreya arasında birbaşa ünsiyyətin nadir hallarda yaşandığı nəzərə alınsa, bu görüş xüsusi əhəmiyyət daşıyır.
Spikerin ofisindən verilən açıqlamaya əsasən, tərəflər arasında qısa söhbət də baş tutub. Lakin danışığın məzmunu yalnız 4 sentyabrda açıqlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31