SON DƏQİQƏ: Rusiya təyyarəsi QƏZAYA UĞRADI

Rusiyaya məxsus İL-76 təyyarəsi mühərrikdə yaranmış problem səbəbindən Krasnoyarskın Çeremşanka hava limanında təcili eniş edib və zolaqdan təxminən 50 metr kənara çıxıb

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Regional Nəqliyyat Nazirliyindən TASS-a bildirilib.

Məlumata görə, hazırda hava limanı digər reyslər üçün bağlıdır və təcili xidmətlər fəaliyyət göstərir.

Nazirlik əlavə edib ki, 4 km məsafədə yerləşən Krasnoyarsk beynəlxalq hava limanı normal rejimdə işləyir. Çeremşanka hava limanı əsasən yerli marşrutlar və tranzit uçuşlar üçün istifadə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31