Paşinyan deputatlara xəbərdarlıq etdi – Rusiya mövzularına toxunmayın - ÖZƏL
3 Sentyabr 2025 12:01 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın "İravunk" qəzeti yazır ki, payız sessiyası öncəsi Baş nazir Nikol Paşinyan hakim "Mülki müqaviləsi" fraksiyasının rəhbəri Ayka Kondjoryan vasitəsilə deputatlara yeni göstərişlər verib. Məlumata görə, Paşinyan parlament üzvlərinə az danışmaq, çox işləmək tapşırığını verib. Xüsusilə isə xəbərdarlıq edib ki, heç bir deputat əlavə olaraq Rusiya mövzularına toxunmamalıdır.
Qəzet qeyd edir ki, Paşinyan həmçinin millət vəkillərinə bütün ermənilərin katolikosu ilə bağlı məsələlərdən danışmamağı, vitse-spiker və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanın tapşırıqlarına diqqətlə qulaq asmağı tapşırıb. Baş nazir iki yeni deputata isə "artıq-əskik danışmamağı" xüsusi şəkildə xatırladıb.