The Globe and Mail: Çin hərbi gücü və diplomatik təsirini nümayiş etdirir - ÖZƏL

Kanadanın The Globe and Mail qəzeti yazır ki, Pekində keçirilən möhtəşəm hərbi parad Çin Xalq Respublikasının təkcə güclü ordusunu deyil, həm də artmaqda olan diplomatik təsirini dünyaya göstərdi. Olaylar.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Çin lideri Si Cinpin çərşənbə günü paytaxt Pekində keçirilən hərbi paradı izləyib. Tədbir İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunub və ölkənin hərbi qüdrətinin möhtəşəm nümayişi kimi təqdim edilib. Parad zamanı müasir raket sistemləri, tanklar və qırıcı təyyarələr də daxil olmaqla, ölkənin hərbi-sənaye kompleksi tərəfindən istehsal edilən ən son silahlar nümayiş etdirilib. Qəzet yazır ki, bununla Çin "dünyanın ən qabaqcıl döyüş qüvvəsinə" çevrilmək məqsədini ortaya qoyur. The Globe and Mail hesab edir ki, parad yalnız hərbi güc nümayişi ilə məhdudlaşmayıb, həm də Çinin diplomatik çəkisinin artdığını göstərib. ABŞ  prezidenti Donald Tramp dövründə tətbiq olunan sanksiyalar və ticarət təzyiqlərinə baxmayaraq, Pekin dünya səhnəsində öz mövqeyini gücləndirməkdədir.Tədbirdə  20-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak edib. Çin Xalq Azadlıq Ordusunun Tyananmen meydanında keçirdiyi bu parad, ölkənin Yaponiya təcavüzünə qarşı müqavimət müharibəsində və dünya antifaşist müharibəsində qələbəsinin 80 illiyinə həsr olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31