Lavrov: “Ukraynada davamlı sülh üçün yeni reallıqlar tanınmalıdır” - ÖZƏL

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynada davamlı sülhün şərtlərini açıqlayıb. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, sülhün təmin olunması üçün ilk növbədə Krım, Sevastopol, Donetsk və Luqansk Xalq Respublikaları, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşməsindən sonra yaranmış yeni ərazi reallıqları beynəlxalq hüquqi müstəvidə tanınmalı və rəsmiləşdirilməlidir. Lavrov əlavə edib ki, Ukraynanın neytral, hərbi bloklara qoşulmayan və nüvəsiz statusu da təmin olunmalıdır. Nazir vurğulayıb ki, bu şərtlər hələ 1990-cı il Ukrayna Müstəqillik Bəyannaməsində əksini tapmış və məhz həmin əsasda Ukrayna dövlətçiliyi vaxtilə Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31