Paşinyan deputatları “Vətəndaş Müqaviləsi” partiyasına qoşulmağa məcbur edir – ÖZƏL

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının tərkibində olub, lakin partiya üzvü olmayan deputatlara yeni şərt qoyub. 

Olaylar.az xəbər verir ki, "Qraparak" qəzetinin yazdığına görə, Paşinyan bildirib ki, əgər onlar növbəti seçkilərdə partiyanın proporsional siyahısına düşmək istəyirlərsə, mütləq "Vətəndaş Müqaviləsi" partiyasına üzv olmalıdırlar.

Məlumata əsasən, artıq iki deputat - Müdafiə Komissiyasının sədri Andranik Koçaryan və İqtisadi məsələlər üzrə komissiya sədrinin müavini Babken Tunyan partiyaya üzv olub.

Hazırda isə bir neçə deputat hələ də müstəqil qalır. Onların sırasında iş adamı Xaçatür Sukiasyan, "Çiçəklənən Ermənistan" partiyasından hakimiyyət düşərgəsinə keçən Sergey Baqratyan və keçmiş Respublikaçı deputat Şirak Torosyan var.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri gələn ilin iyununda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31