Lavrovdan şok açıqlama: “Ukraynada sülh üçün Krım, Donbas və Novorossiyanın Rusiyaya birləşməsi tanınmalıdır”
3 Sentyabr 10:52 DünyaRusiya sərt mövqeyini bir daha ortaya qoydu.
Olaylar.az xəbər verir ki, ölkənin xarici işlər naziri Sergey Lavrov İndoneziyanın "Kompas" qəzetinə müsahibəsində Ukrayna ilə bağlı qalmaqallı açıqlama verib.
Nazir bildirib ki, Ukraynada sülhün əldə olunmasının yeganə yolu Krım, Donbas və Novorossiyanın beynəlxalq miqyasda Rusiyanın tərkib hissəsi kimi tanınmasından keçir.
Lavrovun bu sözləri Qərbin və Kiyevin mövqeyi ilə kəskin ziddiyyət təşkil edir və yeni gərginlik dalğasının yaranacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31